Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı AzTU-da tələbələrlə görüşüb

Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı AzTU-da tələbələrlə görüşüb

28.10.2025     63     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Türkiyənin ilk kosmonavtı, hərbi pilot Alper Gezeravcı ilə görüş keçirilib. Tədbirdə AzTU tələbələri ilə yanaşı, Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri də iştirak edib.

Rektor Vilayət Vəliyev Türkiyənin ilk kosmonavtı Alper Gezeravcının AzTU-ya səfər etməsindən məmnunluğunu bildirib. Qeyd edib ki, Alper Gezeravcının tələbələrlə görüşü onlar üçün böyük motivasiyadır.

Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan tələbələrin elm, tədqiqat, texnologiya sahəsində uğur qazanan dünyaşöhrətli insanlarla görüşlərinin təşkil edilməsinin qürurlu olduğunu deyib.

Daha sonra Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı geniş təqdimatla çıxış edib. Bildirib ki, son 19 ay ərzində 224 şəhərdə 503 proqram həyata keçirilib. Məqsəd gələcəyin təminatı olan gənclərlə birbaşa ünsiyyət qurmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.

Alper Gezeravcı tələbələrə kosmonavtikanın görünən və görünməyən tərəflərindən bəhs edib. O həmçinin çəkisizlik şəraitində baş verən dəyişikliklər və onun insan psixologiyasına təsirindən danışıb.

Tədbirdə kosmonavt Alper Gezeravcının keçdiyi həyat yolu, eləcə də karyerasında qazandığı təcrübələrdən bəhs edən videolar da nümayiş etdirilib.

Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz birlik və qardaşlıq münasibətlərindən danışan kosmonavt, türkiyəli və azərbaycanlı gənclərin yüksək intellekt və praktik düşüncə qabiliyyətinə malik olduğunu deyib.

Görüş zamanı tələbələrin sualları cavablandırılıb.  

Xatırladaq ki, ilk türk astronavt Alper Gezeravcının 2024-cü il yanvarın 19-da kosmosa səyahəti başlayıb. O, Beynəlxalq Kosmik Stansiyada 22 gün qalıb və 13 fərqli elmi təcrübədə iştirak edib. Mikroqravitasiya və kosmik mühitlərdə aparılan bu araşdırmalar insan genetikası və sağlamlığı, biologiya, materialşünaslıq, istehsal texnologiyaları, fundamental elmlər sahələrini əhatə edib.


Related news