Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Rektor Özbəkistanda beynəlxalq yarışda uğurlu nəticə göstərən tələbələrlə görüşüb

Rektor Özbəkistanda beynəlxalq yarışda uğurlu nəticə göstərən tələbələrlə görüşüb

03.04.2026     38     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Özbəkistanın Daşkənd şəhərində Mərkəzi Asiya Universitetində keçirilmiş “CAU Tech Hackathon 2026” adlı beynəlxalq yarışda uğurlu nəticə göstərən AzTU tələbələri və onların mentorları ilə görüşüb. Rektor 120 komandanın mübarizə apardığı yarışda Azərbaycanı və AzTU-nu layiqincə təmsil etdikləri üçün tələbələrə təşəkkür edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, beynəlxalq yarışda AzTU komandaları “AI in Healthcare Hackathon 2026” və “International Cybersecurity Capture the Flag (CTF) 2026” istiqamətləri üzrə təmsil olunub.

 “International Cybersecurity Capture the Flag (CTF) 2026” istiqaməti üzrə yarışan AzTU komandası 7-ci yerə layiq görülüb.

Hər iki istiqamət üzrə AzTU komandalarının nəticələri digər Azərbaycan universitetlərini qabaqlayıb.

AzTU komandalarını İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev müşayiət edib. Eyni zamanda, komandaların hazırlıq və yarış prosesində effektiv iştirakın təmin olunması məqsədilə Energetika fakültəsinin dekan müavini Şamxal Əliyev, “CTF” komandası üzrə isə Murad Əhmədov tərəfindən mentorluq dəstəyi göstərilib.


Related news