Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Novruz bayramı münasibətilə universitetin qocaman professor-müəllim heyəti ilə görüşüb. Görüşdə AzTU-nun prorektorları və Həmkarlar İttifaqı Komitəsinin sədri iştirak edib.
Rektor müəllimləri Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bildirib ki, AzTU-da həyata keçirilən layihələrdə qocaman professor-müəllim heyətinin fikir və təklifləri dinlənilir. Mühəndis kadrların hazırlanması ilə bağlı onların məsləhətlərinə hər zaman böyük önəm verilir.
AzTU Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi görüşdə universitetin hədəfləri və qarşıda görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.