Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU tələbəsinin kapitanı olduğu komanda “RoboCode III” düşərgəsində II yerə layiq görülüb

AzTU tələbəsinin kapitanı olduğu komanda “RoboCode III” düşərgəsində II yerə layiq görülüb

03.04.2026     44     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin mexatronika və robototexnika mühəndisliyi ixtisasının I kurs tələbəsi İsmayıl Babanın kapitanı olduğu komanda “RoboCode III” robotik kodlama düşərgəsində uğurla çıxış edərək II yerə layiq görülüb.

“ASAN xidmət”in təşəbbüsü ilə təşkil olunan düşərgə Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, “Bilişim Vadisi” və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı, “Expressbank”ın sponsorluğu ilə həyata keçirilib.

Düşərgə müddətində iştirakçılar komandalar şəklində müxtəlif innovativ layihələr üzərində çalışaraq öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Final mərhələsinə vəsiqə qazanan komandaların prototipləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Qeyd edək ki, II yerə layiq görülən komanda “SoilMate” adlı innovativ layihə ilə çıxış edib. Layihə kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş ağıllı robot sistemidir və torpağın əsas göstəricilərini analiz edərək fermerlərə operativ məlumat təqdim edir.


Related news