Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Rektor Avstraliyada Beynəlxalq Astronavtika Konqresində iştirak edən AzTU tələbələri ilə görüşüb

Rektor Avstraliyada Beynəlxalq Astronavtika Konqresində iştirak edən AzTU tələbələri ilə görüşüb

10.10.2025     68     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində iştirak edən tələbələr Rəsul İbrahimli, Hüseyn Hüseynov, Amil Cəmilov, Sahib İskəndərli, Əli Həsənli, Seymur Şıxalızadə və İlahə Kərimova ilə görüşüb. Qeyd olunub ki, tələbələr konqresdə elmi məqalələrlə çıxış ediblər. Müxtəlif ölkələrdən olan alimlər və sənaye nümayəndələri AzTU tələbələrinin təqdimatlarını yüksək qiymətləndirib.

Bu tədbir AzTU tələbələrinin beynəlxalq elmi ictimaiyyətlə təmaslarını genişləndirmək, kosmik tədqiqatlar və astronavtika sahəsində müasir elmi nailiyyətlərlə tanış olmaq, həmçinin universitetin elmi potensialını qlobal miqyasda nümayiş etdirmək imkanı yaradıb.

Rektor tələbələrə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.


Related news