Bakıda keçirilən COP29 tədbirlərində iştirak edən Pakistan İslam Respublikasının Baş nazirinin Gənclik Proqramı üzrə müşaviri Fahad Shahbaz və Dünya reytinqlərində nüfuzlu yerə sahib olan Lahor Universitetinin əməliyyatlar və xüsusi layihələr üzrə direktoru Abuzar Ghaffari Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Görüşdə müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin mühəndislik sahəsində birgə tədqiqatların yerinə yetirilməsi, müəllim-tələbə mübadiləsi ilə bağlı da fikir mübadiləsi aparılıb.