Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Pakistanın Baş nazirinin müşaviri və universitet direktoru AzTU-da olub

Pakistanın Baş nazirinin müşaviri və universitet direktoru AzTU-da olub

21.11.2024     280     AzTU

Bakıda keçirilən COP29 tədbirlərində iştirak edən Pakistan İslam Respublikasının Baş nazirinin Gənclik Proqramı üzrə müşaviri Fahad Shahbaz və Dünya reytinqlərində nüfuzlu yerə sahib olan Lahor Universitetinin əməliyyatlar və xüsusi layihələr üzrə direktoru Abuzar Ghaffari Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Görüşdə müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin mühəndislik sahəsində birgə tədqiqatların yerinə yetirilməsi, müəllim-tələbə mübadiləsi ilə bağlı da fikir mübadiləsi aparılıb.


Digər xəbərlər