Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən Azərbaycan Texniki Universitetində (AzTU) könüllü qanvermə aksiyası keçirilib.
Aksiya talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək, həmçinin cəmiyyətdə donor hərəkatının genişlənməsinə töhfə vermək məqsədilə təşkil olunub.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən aksiyada AzTU əməkdaşları iştirak edib.