Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank-ın 24 iyun 2022-ci il tarixində ilk olaraq Gəncə şəhərindən start verdiyi “Karyera Marafonu”nun sonuncu görüş yeri Bakı olub. Tədbir 20 dekabr 2022-ci il tarixində Azərbaycan Texniki Universitetində (AzTU) keçirilib. Mərasimdə bir çox özəl və dövlət qurumları, həmçinin universitetlərin məsul şəxsləri iştirak edib.
“Karyera Marafonu” Dövlət Məşğulluq Agentliyinin və Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə keçirilib, özəl və dövlət qurumları ilə sıx əməkdaşlıq edilib. Tədbir zamanı karyera sərgisi, kiçik müsahibələr, təlim və seminarlar, həmçinin müxtəlif “workshop”lar təşkil olunub.
“Layihənin əsas məqsədi paytaxt və bölgələrdə yaşayan gənc istedadların kəşf edilməsi və onların peşəkar kadr kimi yetişdirilməsinə dəstək verməkdir. Layihə müddətində 9 şəhərdən 1713 iştirakçı marafona qoşulub. Onlardan 321 nəfər müsahibələrdə iştirak edib, 42 iştirakçı təcrübə proqramına qoşularaq və ya iş təklifi alaraq Kapital Bank ailəsinin üzvü olub”, - deyə Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.
Məlumat üçün bildirək ki, Kapital Bank əməkdaşları sırasına qoşulmaq istəyən istedadlı, özünə güvənən və öyrənib-inkişaf etmək istəyən namizədlər üçün hazırda aktiv vakansiyalar mövcuddur. Müraciət etmək istəyən şəxslər https://hr.
Ölkənin birinci bankı olan Kapital Bank “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi (113 filial) və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az