Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib.
İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin dekanı Leyla Məmmədova fakültənin fəaliyyəti, ixtisaslar və proqramlar, bacarıqlar və karyera imkanları (İT Akademiyalarla əməkdaşlıq, Code Academy), həmçinin nəzərdə tutulmiş hakatonlar, startap yarışları, layihələr və mübadilə proqramları haqqında məlumat verib. O, fakültənin əsas hədəfinin təkcə elmi biliklərin paylaşılması ilə məhdudlaşmadığını, eləcə də məsuliyyətli və vətənpərvər vətəndaş formalaşdırmaq olduğunu vurğulayıb.
Akademik məsləhətçi Səfa Əsədova tələbələrə ali təhsil sistemində tətbiq olunan kredit sistemi və digər vacib məlumatlar haqqında məlumat verib.
Beynəlxalq əlaqələr üzrə dekan müavini Aytən Mövsümova, sosial məsələlər, ictimaiyyətlə əlaqələr və infrastruktur üzrə dekan müavini Ülviyyə Kərimova müvafiq məlumatları tələbələrin diqqətinə çatdırıblar.
Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva mərkəzdə yaradılan imkanlar haqqında tələbələrə məlumat verib.
Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov tələbələrin sosial fəaliyyətinin səmərəli şəkildə təşkil olunması ilə bağlı fikirlərini çatdırıb. O, xüsusi istedadı ilə seçilən tələbələri yaradılacaq dərnəklərinə qoşulmağa dəvət edib.