Əlcəzair Xalq Demokratik Respublikasının Tissemsilt Universitetinin Elm və texnologiya fakültəsinin tədqiqatçısı xanım Vafaa Kasri tərcübə mübadiləsi çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
O, AzTU-nun Radiotexnika və telekommunikasiya və Mühəndis riyaziyyatı və süni intellekt kafedralarının, həmçinin Biotibbi Mühəndislik İnstitutunun fəaliyyəti ilə tanış olub.
Görüşlər zamanı qonaq sözügedən kafedraların və institutun tədqiqat istiqamətləri ilə bağlı əməkdaşlıq imkanlarını müzakirə edib.