Əlcəzair Xalq Demokratik Respublikasının Oran Elm və Texnologiya Universitetinin Texnoloji Platmormasının müdiri, Mexanika mühəndisliyi kafedrasının professoru Omar Ladjedel Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
Beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov elm və tədqiqat sahəsində görülən işlər, həyata keçirilən ikili diplom proqramları və layihələr, eləcə də AzTU-nun Azərbaycanın təhsil sahəsinə gətirdiyi yeniliklər barədə ətraflı məlumat verib.
Daha sonra Omar Ladjedel AzTU-nun Maşınqayırma və metallurgiya fakültəsinin, Mexanika və Maşınqayırma texnologiyası kafedralarının fəaliyyəti ilə tanış olub.
Görüşlər zamanı sözügedən kafedraların tədqiqat istiqamətləri ilə bağlı əməkdaşlıq imkanları da müzakirə edilib.