Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Dövlət Miqrasiya Xidmətinin əməkdaşları AzTU-da əcnəbi tələbələrlə görüşüb

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları AzTU-da əcnəbi tələbələrlə görüşüb

22.10.2025     65     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları, tibbi əlçatanlıq və ölkə tanıtımı” layihəsi çərçivəsində əcnəbi tələbələrlə maarifləndirici görüş keçirilib.

AzTU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah çıxış edərək yeni dərs ili ilə bağlı tətbiq edilən yeniliklər və əcnəbi tələbələr üçün yaradılan şərait barədə məlumat verib. O, Dövlət Miqrasiya Xidməti (DMX) əməkdaşlarının əcnəbi tələbələrlə görüşlərinin əhəmiyyətini vurğulayıb.

“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri Vidadi Fətullayev Azərbaycanın artan beynəlxalq nüfuzu və iqtisadi inkişafı fonunda ölkədə təhsil alan əcnəbi tələbələrin sayının yüksəldiyini qeyd edib. O, bu sahədə ali təhsil müəssisələrinin və dövlət qurumlarının birgə fəaliyyətindən danışaraq tədbirin təşkilinə dəstək göstərən DMX və AzTU rəhbərliyinə təşəkkürünü bildirib.

DMX-nin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova miqrasiya qanunvericiliyi, ölkəyə gəlmə və ölkədən getmə qaydaları, müvəqqəti yaşama və qeydiyyat prosedurları barədə ətraflı məlumat verib. O, bu prosedurların vaxtında və düzgün şəkildə yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbir zamanı tələbələrin ünvanladıqları sualları DMX-nin Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru Tural Kərimov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin inspektoru Ayxan Rzayev və Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin baş inspektoru Ruslan Ağayev cavablandırıb. DMX-nin əməkdaşları miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəaları haqqında ətraflı izahlar təqdim ediblər.


Related news