.jpg) 
                Azərbaycan Texniki Universitetinin (AzTU) Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə əməkdaşlığı çərçivəsində PKTU-nun bir qrup doktorant tələbəsi mübadilə proqramı ilə AzTU-nun qonağı olub.
Beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov çinli tələbələri AzTU-nun fəaliyyəti barədə məlumatlandırıb. Daha sonra doktorantlar öz tədqiqatları barədə təqdimatlarla çıxış edib və tədqiqat mövzuları ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində tələbələr AzTU-nun tədris və tədqiqat infrastrukturu ilə tanış olub. PKTU-nun nümayəndələri və doktorantlarının tədqiqatlarının gələcəkdə AzTU ilə birgə davam etdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.