Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-ya yeni qəbul olunan əcnəbi tələbələrlə görüş keçirilib

AzTU-ya yeni qəbul olunan əcnəbi tələbələrlə görüş keçirilib

06.10.2025     69     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) 2025/2026-cı tədris ili üzrə yeni qəbul olunan əcnəbi tələbələrlə görüş keçirilib. Tədbirin məqsədi əcnəbi tələbələrin universitetin akademik mühiti, sosial-mədəni həyatı, qayda və prosedurları ilə yaxından tanış edilməsi, həmçinin onların təhsil prosesinə daha asan uyğunlaşmasına dəstək göstərmək olub.

Tədbirdə beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov və əcnəbi tələbələrin qəbulu sektorunun müdiri Sevinc Absalamlı çıxış ediblər.

Prorektor Fariz Məmmədov çıxışında universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, müxtəlif ölkələrdən tələbələrin AzTU-ya marağının artması və bunun təhsil müəssisəsinin nüfuzuna verdiyi töhfələrdən danışıb. O, AzTU-da təhsil alan hər bir əcnəbi tələnin universitetin tədris, tədqiqat və sosial fəaliyyətlərinə daima yaxından cəlb olunmasının vacibliyini qeyd edib.

Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov universitetdə tələbələrin aktiv sosial həyata qoşulması üçün yaradılan şəraitdən söz açıb. O, AzTU-da fəaliyyət göstərən müxtəlif tələbə klubları və ictimai layihələr haqqında məlumat verib. Bildirib ki, bu klublara qoşulmaq həm tələbələrin sosial adaptasiyasına, həm də şəxsi inkişafına mühüm töhfə verəcək.

Əcnəbi tələbələrin qəbulu sektorunun müdiri Sevinc Absalamlı isə qəbul və tədris prosesi, sənədləşmə işləri, dərslərin təşkili, tələbələrin yerləşdirilməsi və gündəlik qaydalarla bağlı ətraflı məlumat verib. O, tələbələrin hər hansı çətinliklə üzləşdikdə müraciət edə biləcəkləri dəstək mexanizmlərini diqqətə çatdırıb.

Görüş zamanı tələbələr də öz növbəsində fikirlərini bölüşüb, təhsil və yaşayışla bağlı suallarını ünvanlayıblar. Onların təəssüratları dinlənilib, irəli sürdükləri təkliflər qeydə alınıb.


Related news