Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU THİK sədri: “Tələbələrin yay düşərgəsi” tələbələr üçün yeni imkanlar yaradan bir platformadır”.

AzTU THİK sədri: “Tələbələrin yay düşərgəsi” tələbələr üçün yeni imkanlar yaradan bir platformadır”.

18.09.2025     45     AzTU

8–13 sentyabr tarixlərində “Təhsil” istirahət mərkəzində keçirilən “Tələbələrin yay düşərgəsi”ndə Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəal tələbələri də iştirak edib. Düşərgə haqqında AzTU THİK sədri Mirməhəmməd Ələkbərli ilə müsahibəni təqdim edirik

“Tələbələrin yay düşərgəsi” sizin üçün hansı məqamlarla yadda qaldı?

Bu düşərgə mənim üçün sadəcə yay tətilini səmərəli keçirmək deyil, həm də tələbələrimizin sosial bacarıqlarını inkişaf etdirmək, bir-biri ilə ünsiyyətini möhkəmləndirmək, komandada işləmə vərdişlərini artırmaq üçün geniş imkanlar yaradan bir platformadır. Müxtəlif universitetlərdən gələn tələbələr burada yeni dostluqlar və əməkdaşlıqlar qurur, gənclər üçün üfüqlər genişlənir. Düşünürəm ki, AzTU tələbələri də düşərgədə maraqlı və faydalı zaman keçirdilər. 

Bu tədbirdə AHİK və ETİHİ-nin rolu nədən ibarət idi?

Mən hesab edirəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) gənclər və tələbələrin şəxsi inkişafına böyük önəm verir. Sözügedən qurumların dəstəyi ilə belə düşərgələr gənclərin sosial müdafiəsini, asudə vaxtının səmərəli təşkilini və peşəkar inkişafını təmin edir. Bu tədbir bir daha göstərdi ki, həmkarlar təşkilatları gənclərin rifahı və inkişafı üçün real işlər görür. 

Düşərgədə digər universitetlərin nümayəndələrinin iştirakı haqqında nə deyə bilərsiniz?

Mənim üçün xüsusi sevindirici məqam ondan ibarətdir ki, düşərgədə dost universitetlərin tələbələri və THİK sədrləri də fəal iştirak edirdi. Onların müsbət fəaliyyəti və təşəbbüsləri gənclər arasında əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verdi. Bu cür birgə tədbirlər universitetlərarası əlaqələrin inkişafına xidmət edir, tələbələrimiz üçün yeni perspektivlər açır. 

Sonda nə demək istərdiniz?

Mən əminəm ki, “Tələbələrin yay düşərgəsi” kimi layihələr tələbələrin həm sosial, həm də peşəkar inkişafına mühüm təsir göstərir. AHİK və ETİHİ-nin yaratdığı bu imkanlar tələbələrdə həmkarlar hərəkatına bağlılıq hissini gücləndirir. Həmkarların dəstəyi və dost universitetlərin fəal iştirakı ilə belə tədbirlər gələcəkdə də gənclərin birlikdə uğurlu layihələr həyata keçirməsinə zəmin yaradacaq.


Related news