Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU tələbələrinə antinarkomaniya mövzusunda seminar keçirilib

AzTU tələbələrinə antinarkomaniya mövzusunda seminar keçirilib

06.04.2023     535     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə antinarkomaniya mövzusunda seminar keçirilib. Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva bildirib ki, gənclər üçün antinarkomaniya mövzusunda seminarların, mühazirələrin keçirilməsi bu sahədə müsbət irəliləyişin olması baxımından çox faydalıdır. Qeyd olunub ki, narkomaniyaya qarşı mübarizədə cəmiyyətin bütün üzvləri fəal olmalıdır.

 

Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev və Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Bəxtiyar Abbaszadə bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın törətdiyi fəsadlar və ölkəmizdə bu istiqamətdə aparılan mübarizə tədbirlərindən danışıblar.

Xatırladaq ki, AzTU-da antinarkomaniya mövzusunda seminar və mühazirələrin təşkili Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilir.


Related news