Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU tələbələri üçün İnkubasiya Mərkəzi haqqında infosessiya keçirilib

AzTU tələbələri üçün İnkubasiya Mərkəzi haqqında infosessiya keçirilib

19.03.2026     41     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə İnkubasiya Mərkəzi tərəfindən tələbələr və innovasiya ilə maraqlanan gənclər üçün infosessiya təşkil olunub. Tədbirdə AzTU İnkubasiya Mərkəzinin Məsləhət Şurasının sədri Osman Gündüz çıxış edərək startap ekosisteminin əhəmiyyəti barədə tövsiyələr verib.

İnfosessiyada AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev çıxış edərək mərkəzin fəaliyyəti və təqdim olunan imkanlar barədə iştirakçılara ətraflı məlumat verib, tələbələrə innovasiya proqramlarında iştirak yollarını izah edib və mərkəzin yenilənmiş rəsmi saytını nümayiş etdirib.

Tədbir çərçivəsində mərkəz tərəfindən həyata keçirilən layihələr və əsas fəaliyyət istiqamətləri barədə iştirakçılara geniş məlumat verilib. AzTU İnkubasiya Mərkəzinin əsas fəaliyyət istiqamətləri – inkubasiya proqramı, Startap Günləri, hakatonlar, startap yönümlü təlimlər və tələbələrin innovativ layihələrinin inkişafına göstərilən dəstək haqqında məlumat verilib.

İnfosessiya çərçivəsində AzTU-nun beynəlxalq səviyyədə keçiriləcək yarışlarda iştirakı barədə də məlumat verilib. Həmçinin AzTU-nu Özbəkistanda keçiriləcək tədbirlərdə təmsil edəcək komandalar təqdim olunub.

Mərkəzin fəaliyyəti çərçivəsində təşkil olunan təlim proqramları, mentor dəstəyi və startap komandalarının inkişaf mərhələləri barədə iştirakçılarla müzakirələr aparılıb. Tədbirdə müxtəlif innovasiya müsabiqələri və Startap Günləri layihəsi çərçivəsində formalaşmış startap komandalarının uğurları nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, AzTU İnkubasiya Mərkəzinin əsas məqsədi tələbələrin ideyalarını real layihələrə və startaplara çevirməsinə dəstək göstərmək, texnoloji sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və universitet daxilində innovasiya yönümlü ekosistemin formalaşdırılmasına töhfə verməkdir.


Related news