Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Nuray Mustafazadə və Cahid Dosiyev “AzerGold” QSC-nin 2025-2026-cı tədris ili üzrə tələbələri üçün elan etdiyi 5-ci təqaüd proqramının qalibi olub.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ali təhsil müəssisələrindən geologiya, dağ-mədən mühəndisliyi, ekologiya, metallurgiya ixtisasları üzrə təhsil alan 9, peşə təhsili müəssisələrindən isə 15 tələbə “AzerGold” təqaüdünün qalibi olub. Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədi ilə qaliblərin hər biri üçün aylıq təqaüd ödəniləcək. Qaliblər şirkətin istehsalat sahələrində təcrübə keçmək imkanı əldə edəcək, nəzəri biliklərini real iş mühitində tətbiq etməklə praktiki bacarıqlarını gücləndirəcəklər. Onların gələcək karyera inkişafı üçün bütün zəruri təşkilati və metodiki şərait təmin olunacaq.