Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU rektorunun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir

AzTU rektorunun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir

10.09.2025     65     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının (ÇXR) qabaqcıl universitetlərində işgüzar səfərdə olub. Nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli və Protokol sektorunun mütəxəssisi Fərhad Rüstəmzadə təmsil olunub.

Səfərin əsas məqsədi ÇXR universitetləri ilə əməkdaşlıqların genişləndirilməsi, tədqiqat və təhsil layihələrinin yerinə yetirilməsi sahəsində birgə fəaliyyətlərin həyata keçirilməsindən ibarət olub.

Rektor Vilayət Vəliyev Pekin şəhərində Pekin Kimya Texnologiyaları Universiteti və Şimali Çin Energetika Universitetinin rektorları və digər rəhbər heyəti ilə görüşlər zamanı AzTU barədə məlumat verərək ikitərəfli tədqiqat layihələrinin yerinə yetirilməsi, qarşılıqlı müəllim-tələbə mübadiləsi, beynəlxalq və regional layihələrin həyata keçirilməsi, birgə elmi məqalələrin nəşri, magistrant və doktorantlar üçün ikili elmi rəhbərliklərin reallaşdırılması istiqamətində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Səfər çərçivəsində AzTU ilə Pekin Kimya Texnologiyaları Universiteti və Şimali Çin Energetika Universiteti arasında anlaşma memorandumları imzalanıb.


Related news