Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU rektoru Türkiyədə işgüzar səfərdə olub

AzTU rektoru Türkiyədə işgüzar səfərdə olub

29.12.2025     74     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının universitetlərində işgüzar səfərdə olub. Səfərin əsas məqsədi Türkiyə universitetləri ilə mövcud əməkdaşlıqların genişləndirilməsi, birgə tədqiqatlar, ikili diplom proqramlarının həyata keçirilməsi imkanlarının müzakirəsi olub.

Rektor Vilayət Vəliyev Gəbzə və Sakarya şəhərlərində Gəbzə Texniki Universiteti, Sakarya Universiteti və Sakarya Tətbiqi Elmlər Universitetinin rektorları və digər rəhbər heyətlə görüşlər keçirib. Görüşlər zamanı AzTU-da həyata keçirilən layihələr barədə məlumat verən rektor, ikitərəfli tədqiqat layihələrinin yerinə yetirilməsi, qarşılıqlı müəllim-tələbə mübadiləsi, beynəlxalq və regional layihələrin həyata keçirilməsi, birgə elmi məqalələrin nəşri, magistrant və doktorantlar üçün ikili elmi rəhbərliklərin reallaşdırılması istiqamətində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Sakarya Vilayəti üzrə Milli Təhsil İdarəsində görüşlər keçirib, Sakarya Ticarət və Sənaye Palatasının Mühərrikli Nəqliyyat Vasitələri Peşə Məktəbini ziyarət edib.

Qeyd edək ki, nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Data Elmi və Süni İntellekt İnstitutunun direktoru Ramiz Alıquliyev, Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli, Kibertəhlükəsizlik kafedrasının müdiri Yadigar İmamverdiyev və Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının müdiri Atif Namazov təmsil olunub.


Related news