Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU rektoru Almaniyanın Beynəlxalq Akkreditasiya Agentliyində səfərdə olub

AzTU rektoru Almaniyanın Beynəlxalq Akkreditasiya Agentliyində səfərdə olub

23.09.2025     60     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın mühəndislik, informasiya və kompüter elmləri, dəqiq elmlər və təbiət elmləri sahəsində ali təhsilin bakalavr, magistr və doktorantura səviyyələrində təhsil proqramlarının akkreditasiyasını həyata keçirən dünyada nüfuzlu Beynəlxalq Akkreditasiya Agentliyində (ASIIN) işgüzar səfərdə olub.

Nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov və Tədqiqat və inkişaf departamentinin müdiri Bəxtiyar Bədəlov da iştirak edib.

Rektor Vilayət Vəliyev AzTU-nun ASIIN-lə mövcud uğurlu əməkdaşlığını vurğulayaraq, Almaniya universitetləri ilə ikitərəfli əlaqələr və təhsil proqramlarının keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə geniş məlumat verib. Müzakirələr zamanı AzTU-nun bir sıra ixtisaslarının proqram akkreditasiyasında maraqlı olduğu bildirilib və gələcəkdə sertifikasiya proqramlarının akkreditasiyasının mümkünlüyü barədə razılıq əldə olunub.

Müzakirələrdən sonra ilkin olaraq AzTU-nun 20-dək proqramının akkreditasiyasının keçirilməsi üçün razılıq əldə olunub və anlaşma memorandumu imzalanıb.


Related news