Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-nun şəhid məzunlarının doğum günüdür

AzTU-nun şəhid məzunlarının doğum günüdür

07.04.2023     508     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Hacıəhməd Hacıəhmədli və İmran Əliyevin doğum günüdür.

Hacıəhməd Hacıəhmədli AzTU-nun mexanika mühəndisliyi ixtisasını bitirib. Vətən müharibəsində iştirak edən Hacıəhməd Hacıəhmədli 7 noyabrda Şuşa uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamları ilə Hacıəhməd Hacıəhmədli ölümündən sonra “Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Leytenant İmran Əliyev AzTU-nun kompüter mühəndisliyi ixtisasını bitirib. O, Vətən müharibəsində Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib. İmran Əliyev sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamları ilə İmran Əliyev ölümündən sonra  “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.  

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 


Related news