Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-nun I kurs tələbələrinə Tələbə Gənclər Təşkilatı haqqında infosessiya keçirilib

AzTU-nun I kurs tələbələrinə Tələbə Gənclər Təşkilatı haqqında infosessiya keçirilib

02.10.2025     25     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) I kurs tələbələrinə Tələbə Gənclər Təşkilatı (TGT) haqqında infosessiya keçirilib.

AzTU TGT sədri Ruslan Qənbərov təqdimatla çıxış edərək təşkilatın məqsədi, prinsipləri, tələbə klubları, komanda üzvləri, eləcə də cari il ərzində görülmüş ictimai, sosial, mədəni tədbirlər, müsabiqələr, layihələr və düşərgələr haqqında ətraflı məlumat verib. O, yeni tələbələrə universitetin ictimai-sosial həyatında fəal olmağı tövsiyə edib.

AzTU TGT-nin fəal üzvlərindən biri Emil Cəfərov TGT-nin nəzdində yaradılmış CreART proqramı və proqram çərçivəsində mədəniyyət sahəsində nəzərdə tutulan fəaliyyət planlarından bəhs edib.  

Görüş zamanı müxtəlif tədbirlər və düşərgələrdən sosial çarxlar nümayiş etdirilib.

Sonda TGT üzvləri tələbələrin suallarını cavablandırıb.  


Related news