Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının dosenti Firudin Ağayev “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində İtalyanın Roma Sapienza Universitetində 2 həftə tədris prosesində iştirak edib.
Firudin Ağayev Sapienza Universitetinin Kompüter, nəzarət və idarəetmə mühəndisliyi kafedrasının fəalliyəti ilə yaxından tanış olub və akademik heyətlə görüşüb. O, həmçinin kafedrada aparılan tədqiqat işləri ilə tanış olub. Firudin Ağayev Sapienza Universitetində tələbələrə “Data Mining və Data Science” mövzuları üzrə mühazirələr deyib və Data Mühəndisliyi üzrə praktiki layihələri təqdim edib.