Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun dosenti İtaliyanın Sapienza Universitetində mühazirə deyib

AzTU-nun dosenti İtaliyanın Sapienza Universitetində mühazirə deyib

28.11.2024     421     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının dosenti Firudin Ağayev “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində İtalyanın Roma Sapienza Universitetində 2 həftə tədris prosesində iştirak edib.

Firudin Ağayev Sapienza Universitetinin Kompüter, nəzarət və idarəetmə mühəndisliyi kafedrasının fəalliyəti ilə yaxından tanış olub və akademik heyətlə görüşüb. O, həmçinin kafedrada aparılan tədqiqat işləri ilə tanış olub. Firudin Ağayev Sapienza Universitetində tələbələrə “Data Mining və Data Science” mövzuları üzrə mühazirələr deyib və Data Mühəndisliyi üzrə praktiki  layihələri təqdim edib.   


Digər xəbərlər