Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU nümayəndələri Türkiyədə Azərbaycan Milli Qida Texnologiyaları Platformasının iclasında iştirak edib

AzTU nümayəndələri Türkiyədə Azərbaycan Milli Qida Texnologiyaları Platformasının iclasında iştirak edib

13.02.2026     61     AzTU

Türkiyənin Hacettepe Universitetində Azərbaycan Milli Qida Texnologiyaları Platformasının altıncı iclası keçirilib. Tədbir Türkiyə-Azərbaycan Universitetinin (TAU) təşəbbüsü ilə təşkil olunub.

İclasda Azərbaycanın qida mühəndisliyi ixtisasının tədris olunduğu ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Səfərdə AzTU-nu Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrasının müdiri professor İsa Xəlilov və baş müəllim Bəhruz Cəbrayılov təmsil edib.

Əvvəlcə Hacettepe Universitetini Mühəndislik fakültəsinin dekanı professor Halil Vural görülən işlərlə bağlı nümayəndə heyətinə ətraflı məlumat verib. Daha sonra Hacettepe Universitetinin Qida mühəndisliyi proqramının rəhbəri professor Ali Topcu laboratoriyaların strukturu, fəaliyyət prinsipləri və tədqiqat sahələri ilə bağlı geniş təqdimatla çıxış edib.

Hacettepe Universitetinin professoru Vural Gökmen və TAU-nin Qida mühəndisliyi proqramının rəhbəri professor Ümran Uyqun laboratoriyaların quruluşu, icra olunan layihələr, əldə olunan nəticələr, tədqiqatların tətbiqi imkanları və sənaye ilə inteqrasiya perspektivləri barədə geniş məlumat veriblər.

İclasda həmçinin qida mühəndisliyi sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyəti Hacettepe Universitetinin laboratoriyaları ilə tanış olub. Laboratoriyaların mövcud avadanlıqları, elmi tədqiqatları və sənaye ilə inteqrasiya imkanları barədə ətraflı məlumat verilib.


Related news