Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarış keçirilib

AzTU-da “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarış keçirilib

20.04.2026     34     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin İntellektual Oyunlar Klubu və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarış keçirilib.

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş yarışdaa ümumilikdə 19 komanda iştirak edib. Bunlardan 12-si AzTU-nu, 4-ü Türkiyə-Azərbaycan Universitetini (TAU), 3-ü isə ATMU-nu təmsil edib.

AzTU-da təşkil olunan yarış çərçivəsində iştirakçılar komandalar şəklində mübarizə apararaq bilik və məntiqi düşünmə bacarıqlarını nümayiş etdirib. Gərgin və maraqlı keçən yarışın nəticələrinə əsasən, 1-ci yerə ATMU-nun “Toureast” komandası, 2-ci yerə TAU-nun “Cloud” komandası, 3-cü yerə AzTU-nun “DyNova” komandası layiq görülüb.

Qalib komandalara kubok və medallar təqdim olunub.


Related news