Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Sənaye Parkında olub

AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Sənaye Parkında olub

20.04.2026     53     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkına səfər edib.

Səfərdə Türkiyənin Gəbzə Texniki Universitetinin rektoru Hacı Ali Mantar da iştirak edib.  

İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov nümayəndə heyətinə Agentliyin fəaliyyəti, ölkədə sənaye zonalarının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, yerli və xarici investorlar üçün formalaşdırılmış əlverişli biznes və investisiya mühiti barədə ətraflı məlumat verib. 

Diqqətə çatdırılıb ki, sənaye zonalarında rezidentlər üçün tətbiq olunan vergi və gömrük güzəştləri, hazır infrastruktur təminatı, logistika imkanları və dövlət dəstəyi mexanizmləri ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac potensialının artırılmasına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir. 

Görüşdə həmçinin, ali təhsil müəssisələri ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, kadr hazırlığı və bilik mübadiləsi istiqamətində imkanlar müzakirə edilib. 

Daha sonra nümayəndə heyəti Sumqayıt Sənaye Parkının ərazisində fəaliyyət göstərən müəssisələrə baxış keçirib, istehsal prosesi ilə yerində tanış olub. Qonaqlara “Kartaş Kimya” MMC və “Azərfloat” QSC-nin müəssisələrində istehsalın təşkili, keyfiyyətə nəzarət mexanizmləri və ixrac imkanları barədə ətraflı məlumat verilib. 

Nümayəndə heyəti Sumqayıt Sənaye Parkında yaradılmış əlverişli biznes mühitini və müasir infrastruktur imkanlarını yüksək qiymətləndirib, bu kimi sənaye zonalarının regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.


Related news