Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU müəllimlərinin həmmüəllifi olduğu monoqrafiya nəşr olunub

AzTU müəllimlərinin həmmüəllifi olduğu monoqrafiya nəşr olunub

19.12.2022     602     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları kafedrasının müdiri, texnika elmləri doktoru, professor Vaqif Qasımov, kafedranın dosenti, texnika elmləri namizədi Cabir Məmmədov və baş müəllim Esmira Mustafayevanın həmmüəllifi olduğu monoqrafiya “Elm” nəşriyyatında çapdan çıxıb.  

Monoqrafiya müasir dövrdə informasiya təhlükəsizliyi sahəsinin ən aktual istiqamətlərindən biri olan steqanoqrafiyanın tədqiqinə həsr olunub.

Monoqrafiyada steqanoqrafiyanın inkişaf tarixi, mərhələləri, steqanoqrafik sistemin və gizli kanalın modeli, gizli informasiya ötürmə kanallarının yaradılması, eləcə də informasiyanın sızdırılması, yayılması, gizli ötürülməsinin üsul və vasitələri qeyd olunub. Həmçinin mövcud klassik, kompüter, rəqəmsal və şəbəkə steqanoqrafiyası üsulları barədə ətraflı məlumat verilib.

Nəşrdə həmmüəlliflərin işləyib hazırladıqları kompüter mətnlərində və qrafik fayllarda konfidensial informasiyanın etibarlı gizlədilməsi üsulları, eləcə də internet üzərindən gizli kanalların yaradılması imkanları və texnologiyaları ətraflı şərh olunub.

Monoqrafiya informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və kompüter mühəndisliyi sahələrində ixtisaslaşan mütəxəssislər və elmi tədqiqatçılar üçün nəzərdə tutulub. 

 


Related news