Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU müəllimləri SƏTƏM təlim proqramını uğurla tamamlayıb

AzTU müəllimləri SƏTƏM təlim proqramını uğurla tamamlayıb

07.10.2025     41     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) “TCS” MMC ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) təlim proqramının ilk mərhələsi uğurla tamamlanıb.

Bu mərhələdə AzTU-nun seçilmiş 7 nəfər müəllimi beynəlxalq səviyyədə tanınan və sənaye təhlükəsizliyi sahəsində nüfuzlu sayılan "Train the Trainer", "IOSH Managing Safely 5.0" və "Minimum Industry Safety Training (MIST)" sertifikatlarını qazanıb.

Təlim proqramı çərçivəsində AzTU müəllimlərinə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar üzrə intensiv tədris və qiymətləndirmə prosesi həyata keçirilib. 

Bu əməkdaşlıq AzTU-nun sənaye ilə əməkdaşlığını genişləndirməklə yanaşı, həm müəllim heyətinin, həm də tələbələrin peşəkar bacarıqlarını beynəlxalq səviyyəyə yüksəltməyə xidmət edir.


Related news