Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU müəllimi paytaxt məktəblərində yol hərəkətinin təhlükəsizliyi mövzusunda təlim keçib

AzTU müəllimi paytaxt məktəblərində yol hərəkətinin təhlükəsizliyi mövzusunda təlim keçib

14.11.2025     36     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və loqistika fakültəsinin baş müəllimi Sahib Əsgərov Bakı şəhərinin lisey və məktəblərində “Uşaqlar üçün yol hərəkətinin təhlükəsizliyi” layihəsi çərçivəsində təlim keçib.

Layihənin əsas məqsədi məktəblilərə yol hərəkəti qaydalarını və yol hərəkətində təhlükəsiz davranış vərdişlərini öyrətmək, həmçinin onların yol hərəkəti mədəniyyətini formalaşdırmaq olub. 

Təlimlər zamanı uşaqlara piyada keçidlərindən düzgün istifadə, nəqliyyat vasitələrinə yaxınlaşan zaman vacib qaydalar, siqnal işıqlarının mənaları və digər mövzular izah olunub.


Related news