Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU müəllimi Ankarada beynəlxalq konqresdə çıxış edib

AzTU müəllimi Ankarada beynəlxalq konqresdə çıxış edib

24.12.2025     12     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının baş müəllimi Çingiz Həşim Türkiyənin Ankara şəhərində 4-cü Beynəlxalq Yol Hərəkəti Təhlükəsizliyi Konqresində çıxış edib.

Türkiyənin Polis Akademiyasının Trafik İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda təqdimatlar “Yol hərəkəti mədəniyyəti və nəqliyyat təhlükəsizliyində innovativ həllər” mövzusuna həsr olub.

Çingiz Həşim tədbirdə Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının müdiri dosent Razim Bayramovun, professor Şamil Heydərovun və özünün həmmüəllifi olduğu “Nəqliyyat təhlükəsizliyi üçün tətbiq olunan inteqrasiyalar. Ağıllı nəqliyyat sistemləri” mövzusunda məruzə ilə çıxış edib.


Related news