Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU Koreyanın Sejong Universiteti ilə əməkdaşlığa başladı

AzTU Koreyanın Sejong Universiteti ilə əməkdaşlığa başladı

05.11.2025     41     AzTU

Koreya Respublikasının Sejong Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Dr. Chung Hun Leenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov qonaqlara universitetdə görülən işlərlə bağlı məlumat verib.

Sejong Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Dr. Chung Hun Lee də təmsil etdiyi ali təhsil müəssisəsi ilə bağlı ətraflı çıxış edib.

Görüş zamanı həmçinin AzTU ilə Sejong Universiteti arasında birgə tədqiqatlar, tələbə və müəllim mübadiləsi, universitetlərin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması, ikili diplom proqramlarının həyata keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Sonra hər iki universitet arasında anlaşma memorandumu imzalanıb.


Related news