ADA Universitetində "University Demo Day" tədbiri keçirilib. Tədbir "SABAH.academy" və "Baku ID" tədbirlər silsiləsinə aid olaraq beşinci dəfə təşkil olunub.
"University Demo Day" tədbiri zamanı tələbələr komandalar şəklində səhnəyə çıxaraq startap ideyalarını təqdim ediblər.
Təqdimatlardan sonra qaliblərin elan edilməsi və mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan Texniki Universitetinin (AzTU) "FocsMode" komandasının startapı "University Demo Day" tədbirində 3-cü yerə layiq görülüb. Komandanın üzvləri mükafat olaraq "ABB Tech Academy"nin dəstəyi ilə istədikləri kurslar üzrə 40% təqaüd əldə ediblər.
Qaliblər münsiflər tərəfindən ideyanın innovativliyi, mövcud bazar tələblərinə uyğunluğu və təqdimatın keyfiyyəti kimi meyarlar əsasında müəyyən edilib.