Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU komandasının startapı "University Demo Day" tədbirində 3-cü yerə layiq görülüb

AzTU komandasının startapı "University Demo Day" tədbirində 3-cü yerə layiq görülüb

10.02.2026     41     AzTU

ADA Universitetində "University Demo Day" tədbiri keçirilib. Tədbir "SABAH.academy" və "Baku ID" tədbirlər silsiləsinə aid olaraq beşinci dəfə təşkil olunub.

"University Demo Day" tədbiri zamanı tələbələr komandalar şəklində səhnəyə çıxaraq startap ideyalarını təqdim ediblər.

Təqdimatlardan sonra qaliblərin elan edilməsi və mükafatlandırma mərasimi keçirilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) "FocsMode" komandasının startapı "University Demo Day" tədbirində 3-cü yerə layiq görülüb. Komandanın üzvləri mükafat olaraq "ABB Tech Academy"nin dəstəyi ilə istədikləri kurslar üzrə 40% təqaüd əldə ediblər.

Qaliblər münsiflər tərəfindən ideyanın innovativliyi, mövcud bazar tələblərinə uyğunluğu və təqdimatın keyfiyyəti kimi meyarlar əsasında müəyyən edilib.


Digər xəbərlər