Azərbaycan Texniki Universitetinin (AzTU) komandaları Özbəkistanın Daşkənd şəhərində Mərkəzi Asiya Universitetində keçirilmiş “CAU Tech Hackathon 2026” adlı beynəlxalq yarışda iştirak edib. 120 komandanın mübarizə apardığı bu nüfuzlu beynəlxalq tədbirdə AzTU komandaları “AI in Healthcare Hackathon 2026” və “International Cybersecurity Capture the Flag (CTF) 2026” istiqamətləri üzrə təmsil olunub.
“International Cybersecurity Capture the Flag (CTF) 2026” istiqaməti üzrə yarışan AzTU komandası 7-ci yerə layiq görülüb.
AzTU komandalarını İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev müşayiət edib. Eyni zamanda, komandaların hazırlıq və yarış prosesində effektiv iştirakın təmin olunması məqsədilə Energetika fakültəsinin dekan müavini Şamxal Əliyev, “CTF” komandası üzrə isə Murad Əhmədov tərəfindən mentorluq dəstəyi göstərilib.
Qeyd edək ki, hər iki istiqamət üzrə AzTU komandalarının nəticələri digər Azərbaycan universitetlərini qabaqlayıb.