Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU Kitabxana İnformasiya Mərkəzi “ACM Rəqəmsal Kitabxana bazası”ndan istifadə hüququ əldə edib

AzTU Kitabxana İnformasiya Mərkəzi “ACM Rəqəmsal Kitabxana bazası”ndan istifadə hüququ əldə edib

09.12.2022     828     AzTU

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzi texniki elmlər sahəsində dünyanın qabaqcıl akademik bazalarından olan “Association of Computing Machine (ACM) Digital Library” rəqəmsal kitabxanasından 2024-cü ilə qədər istifadə hüququ əldə edib.
AzTU Kitabxana İnformasiya Mərkəzi “ACM Rəqəmsal Kitabxana bazası”ndan istifadə hüququna Azərbaycan Kitabxana və İnformasiya Konsorsiumu ilə əməkdaşlığı çərçivəsində nail olub. Bu əməkdaşlıq nəticəsində AzTU Kitabxana İnformasiya Mərkəzi ACM-in 70 tam mətnli jurnal, 200-dən çox hər il keçirilən konfrans materialı, xəbər bülletenləri, veb-saytlar və multimedia faylları da daxil olmaqla bütün nəşr portfoliosundan istifadə imkanını istifadəçilər üçün təmin edib.

“ACM Rəqəmsal Kitabxanası”nın əhatə etdiyi əsas mövzu başlıqları aşağıdakı kimidir:

·  Hesablama nəzəriyyəsi, alqoritmlər və riyaziyyat;

·  Süni intellekt, machine learning;        

·  İnformasiya sistemləri, axtarış, informasiya axtarışı, verilənlər bazası sistemləri; data mining, data science;

·  Web, mobil və multimedia texnologiyaları;

·  Tətbiqi hesablama: sənaye/biznes, fizika elmləri, təhsil, hüquq, məhkəmə ekspertizası, incəsənət/humanitar elmlər;

·  Qrafika və kompüter dəstəkli dizayn;

·  Şəbəkələr və rabitə;

·  İnfrastruktur, elektronika və robototexnika;

·  Avadanlıq (hardware);

·  Təhlükəsizlik və məxfilik;

·  Proqram mühəndisliyi və proqramlaşdırma dilləri.

ACM Rəqəmsal Kitabxanasına AzTU-nun internet şəbəkəsinə bağlı olan bütün cihazlardan istifadəçi adı və kod tələb olunmadan https://dl.acm.org/ linki vasitəsilə daxil olmaq mümkündür.

Baza ilə bağlı sualı olanlar library.services@aztu.edu.az ünvanına yaza bilərlər.

 

 

 

Related news