Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başladı

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başladı

16.09.2025     59     AzTU

Azərbaycana səfərə gələn İsrailin Holon Texnologiya İnstitutunun (HİT) prezidenti Eduard Yakubovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Qonaqları salamlayan rektor Vilayət Vəliyev onları AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Rektor universitetdə görülən işlər, həyata keçirilən təhsil proqramları, icra edilən layihələr, İsrailin ali təhsil müəssisələri ilə əməkdaşlıq, eləcə də AzTU-nun elm və tədqiqat sahəsində gələcək hədəfləri barədə qonaqları məlumatlandırıb.

HİT-in prezidenti Eduard Yakubov təmsil etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Bildirib ki, HİT İsrailin mühəndislik sahəsində ilk ali təhsil müəssisələrindən biridi. O, İsrailin ali təhsil müəssisələrinin Azərbaycan ali təhsil müəssisələri ilə tədris və tədqiqat sahəsində əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu deyib.

Görüş zamanı AzTU ilə HİT nümayəndələri arasında tələbə və akademik heyətin qarşılıqlı mübadiləsi, birgə elmi-tədqiqatlar, ikili diplom proqramları imkanları müzakirə olunub.

Sonda universitetlər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.


Related news