Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” ilə bağlı infosessiya keçirilib

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” ilə bağlı infosessiya keçirilib

07.11.2025     35     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “Startap Günləri” ilə bağlı  infosessiya keçirilib. Tədbirin məqsədi tələbələrə universitetdə keçiriləcək “Startap Günləri” barədə ətraflı məlumat vermək, onları bu prosesə hazırlamaq və startap ekosistemi ilə yaxından tanış etmək olub.

İnfosessiyada İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbələri iştirak edib.

Rektorun rəqəmsal məsələlər üzrə məsləhətçisi Osman Gündüz bildirib ki, “Startap Günləri” layihəsi “Startap Azərbaycan” platformasının dəstəyilə keçiriləcək.

O, “Startap Günləri”nin mahiyyəti, məqsədləri və tələbələr üçün yaradacağı imkanlar barədə danışıb,  universitetdə startap mədəniyyətinin formalaşmasının vacibliyini vurğulayıb, tələbələri bu layihədə fəal iştirak etməyə çağırıb.
Daha sonra AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev çıxış edərək yaxın günlərdə keçiriləcək “Startap Günləri” haqqında geniş məlumat təqdim edib. O, bu günlərdə tələbələri gözləyən mərhələlər, komandaların formalaşması, ideya mərhələsindən prototipin hazırlanmasına qədər olan proseslər barədə danışıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.


Related news