Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17.09.2025     44     AzTU

Azərbaycana səfərə gələn Şimali Kipr Türk Cümhuriyyətinin Kipr Bahçeşehir Universitetinin (KBU) rektoru Mehmet Toycanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Qonaqları salamlayan rektor Vilayət Vəliyev onları AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Rektor universitetdə görülən işlər, həyata keçirilən təhsil proqramları, icra edilən layihələr, beynəlxalq əməkdaşlıq, eləcə də AzTU-nun elm və tədqiqat sahəsində gələcək hədəfləri barədə qonaqları məlumatlandırıb.

KBU-nun rektoru Mehmet Toycan təmsil etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. O, Şimali Kipr Türk Cümhuriyyətindəki ali təhsil müəssisələrinin Azərbaycan ali təhsil müəssisələri ilə tədris və tədqiqat sahəsində əməkdaşlıq qurmasında maraqlı olduğunu deyib.

Görüş zamanı AzTU ilə KBU nümayəndələri arasında tələbə və akademik heyətin qarşılıqlı mübadiləsi, birgə elmi-tədqiqatlar, ikili diplom proqramları imkanları müzakirə olunub.

Sonda universitetlər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. 


Related news