Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU əməkdaşları Mingəçevirdə keçirilən Universitet–Sənaye Birliyi Sammitində iştirak edib

AzTU əməkdaşları Mingəçevirdə keçirilən Universitet–Sənaye Birliyi Sammitində iştirak edib

24.10.2025     62     AzTU

Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) və “HBN Group”un təşkilatçılığı ilə “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” keçirilib.

MDU-nun rektoru Anar Eminov sammitin məqsəd və əhəmiyyətindən danışıb. O, bildirib ki, “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” ölkənin regionlarında təhsil müəssisələri ilə sənaye subyektləri arasında qarşılıqlı əməkdaşlıq mexanizmlərini gücləndirmək, gənclərin məşğulluq və innovasiya potensialını artırmaq baxımından mühüm addımdır.

Çıxış edənlər ali təhsil müəssisələrinin sənaye ilə işbirliyinin vacibliyini qeyd edib, belə tədbirlərin sözügedən əməkdaşlığın inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulyıbar.

Sammit çərçivəsində Dövlət Məşğilluq Agentliyi  ilə birgə Karyera Sərgisi təşkil olunub. Sərgidə Azərbaycan Texniki Universitetinin (AzTU) stendi də nümayiş olunub.

Qeyd edək ki, sammitdə AzTU-nu Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı, “SmartTech” İnnovatorlar Mərkəzinin direktoru Azər Bayramov və Texnologiya Transfer Mərkəzinin əməkdaşı Sahib Əsgərov təmsil edib.


Related news