Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU əməkdaşları “CIDC 2025” kibertəhlükəsizlik festivalında iştirak edib

AzTU əməkdaşları “CIDC 2025” kibertəhlükəsizlik festivalında iştirak edib

10.10.2025     51     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının müdiri professor Mehman Həsənov və Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının müdiri dosent Atif Namazov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşkilatçılığı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) tərəfdaşlığı ilə keçirilən “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalında iştirak edib.

Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsi olub.


Related news