Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU əməkdaşları Bursada səfərdə olub

AzTU əməkdaşları Bursada səfərdə olub

06.01.2026     13     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Elektrotexnika kafedrasının müdiri Hikmət Əliyev, kafedranın əməkdaşları Samir Yusifov, Hikmət Fəttayev və Mehti Camalov mübadilə proqramı ilə Türkiyənin Bursa şəhərində səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti Bursa Teknik Universiteti, Bursa Uludağ Universiteti və Yıldırım Enerji Holdinqində görüşlər keçiriblər.

Görüşlər zamanı elektrik və elektronika mühəndisliyi sahəsində təhsil və tədqiqat fəaliyyətinin inkişafı, birgə elmi layihələrin icrası, elmi məqalələrin hazırlanması, eləcə də gələcəkdə ortaq seminar və elmi konfransların təşkili məsələləri müzakirə edilib. Həmçinin universitet-sənaye əməkdaşlığı, tələbələrin istehsalat təcrübəsinin təşkili, real sənaye layihələrində iştirak imkanları ətrafında fikir mübadiləsi aparılıb.


Related news