Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da Zəfər Gününə həsr olunan konsert proqramı keçirilib

AzTU-da Zəfər Gününə həsr olunan konsert proqramı keçirilib

05.11.2025     37     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Zəfər Gününə həsr olunan konsert proqramı keçirilib. AzTU və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə keçirilən tədbirdən öncə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Tədbir ADMİU-nun “Xəzər” tələbə Xor kollektivinin ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ADMİU rektoru Ceyran Mahmudova və AzTU rektoru Vilayət Vəliyev Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Qeyd olunub ki, Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi, rəşadətli ordumuzun gücü nəticəsində qazanılan şanlı qələbə ölkəmizin qüdrətini bir daha dünyaya nümayiş etdirib. Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib.   

Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Zakir Əliyev, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, ADMİU-nun “Xəzər” tələbə Xor kollektivi və digərlərinin ifasında Zəfər Gününə həsr olunan mahnılar, musiqi nömrələri səsləndirilib.


Related news