Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da yeni rəqəmsal idarəetmə sistemi qurulur

AzTU-da yeni rəqəmsal idarəetmə sistemi qurulur

20.12.2022     978     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) daxili idarəetməni təmin edən, tədrisin təşkilini, tədqiqatçıların və tədqiqat işlərinin bazasını özündə birləşdirən elektron platforma Universitet İdarəetmə Sistemi (UİS) qurulur. Yeni rəqəmsal sistem “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyininin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində hazırlanıb.

UİS-in daxilində 9 alt sistem mövcuddur.

·        İnsan resursları sistemi;

·        Tələbə qeydiyyatı sistemi;

·        Personal məlumat sistemi;

·        Tələbə məlumat sistemi;

·        Tədrisin təşkili sistemi;

·        Təhsil haqqı ödəniş sistemi;

·        Dissertasiya mövzularının seçimi sistemi;

·        AMAS (Akademik Məlumat Axtarış Sistemi);

·        Differensial əməkhaqqı sistemi.

Dissertasiya mövzularının seçimi, AMAS və differensial əməkhaqqı sistemindən istifadə ilə bağlı AzTU-da 720 nəfər müxtəlif təlimlərdə iştirak edib. Hazırda sözügedən alt sistemlər sınaq mərhələsindədir. Növbəti ildən mərhələli şəkildə istifadəyə veriləcək.

Digər 6 alt sistemdən də istifadə ilə bağlı əməkdaşların təlimlərə cəlb olunması planlaşdırılır.


Related news