Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da Xüsusi texnika və texnologiya fakültəsinin məzunları üçün işə təyinat prosesi keçirilib

AzTU-da Xüsusi texnika və texnologiya fakültəsinin məzunları üçün işə təyinat prosesi keçirilib

08.01.2026     102     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin məzunları üçün işə təyinat prosesi həyata keçirilib.

Toplantıda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müxtəlif zavod və müəssisələrin, eləcə də “Azərsilah Holding”in nümayəndələrindən ibarət komissiya iştirak edib. Gün ərzində davam edən proses çərçivəsində fakültə məzunları ixtisasları üzrə fərdi müsahibələrə cəlb olunub, onların bilik və bacarıqları qiymətləndirilib.

Qeyd edək ki, AzTU regionda müdafiə sənayesi sahəsi üzrə ixtisaslı kadr hazırlığını həyata keçirən yeganə ali təhsil müəssisəsidir. Azərbaycanın müdafiə sənayesi kompleksi üçün ixtisaslı kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinin 07 iyun 2011-ci il tarixli 91 nömrəli qərarı ilə AzTU-da Xüsusi texnika və texnologiya fakültəsi yaradılıb.


Related news