Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da Pakistan universitetinin tələbələrinə təlim keçirilib

AzTU-da Pakistan universitetinin tələbələrinə təlim keçirilib

04.09.2025     79     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Pakistanın Milli Elm və Texnologiya Universiteti (NUST) ilə əməkdaşlığı çərçivəsində NUST-ın Biznes Məktəbinin “Executive MBA” proqramının tələbələri üçün AzTU-da mübadilə proqramı təşkil olunub.

Mübadilə proqramının məqsədi pakistanlı tələbələrin Dayanıqlı İnkişaf Məqsədləri kontekstində biznes, texnologiya və dayanıqlı inkişafla bağlı bilik və bacarıqlarının artırılması, AzTU və NUST arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi olub.

NUST tələbələri üçün təşkil olunmuş “Biznes, Texnologiya və Dayanıqlılıq” adlı təlim sessiyasında biznes analitikası, insan kapitalının inkişafında biznes təhsilinin rolu, Dayanıqlı İnkişaf Məqsədləri və biznes, süni intellektin biznes proseslərində tətbiqi və bununla bağlı etik məsələlər kimi mövzular əhatə olunub. Təlim sonunda iştirakçılara sertifikat təqdim olunub.

Proqram çərçivəsində NUST tələbələri AzTU-nun təlim və tədris infrastrukturu ilə tanış olub. Tələbələr həmçinin Bakı və bölgələrə səfər edərək Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olub, milli mətbəxin təamlarından dadıblar.


Related news