Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Novruz Europe 3D” adlı beynəlxalq tədbir keçirilib

AzTU-da “Novruz Europe 3D” adlı beynəlxalq tədbir keçirilib

19.03.2026     13     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) beynəlxalq ESTIEM (European Students of Industrial Engineering and Management) təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən “Novruz Europe 3D” adlı tədbir keçirilib.  

Beynəlxalq tələbə platformasında Azərbayca haqqında məlumatların genişləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlıq mühitinin gücləndirilməsi məqsədilə keçirilən tədbirdə AzTU tələbələri ilə yanaşı, Rusiya, Belarus, Hollandiya, Makedoniya, İspaniya, Serbiya və Polşadan nümayəndələr iştirak edib.

Tədbir çərçivəsində AzTU-da bir sıra maarifləndirici və interaktiv sessiyalar (“Azerbaijan 101”, “Politics 101”, “Moderated Debats”) təşkil olunub. Sessiyalarda iştirakçılara Azərbaycanın tarixi, dili, milli-mənəvi dəyərləri, adət-ənənələri barədə məlumat verilib.

İkigünlük tədbirin sonunda gənclərin qlobal problemlərə münasibətini öyrənmək məqsədilə “Gənclər ekoloji problemlərin həllində iştirak etməlidirlərmi?” mövzusunda debat təşkil olunub.


Related news