Multikulturalizm prinsiplərinə önəm verən Azərbaycan Texniki Universitetində (AzTU) bütün tədbirlər AzTU-da təhsil alan əcnəbi tələbələrlə birgə keçirilir.
“Yurdumuza bahar gəlir” adlı Novruz tədbirində Türkiyə, Pakistan, Şri-Lanka, Somali, Çin, Liviya, Özbəkistan və Ukraynadan olan əcnəbi tələbələr təmsil etdikləri ölkələrin mədəniyyətini təqdim edib. Onlar milli mətbəxlərinə xas müxtəlif təamlar və bayram atributları ilə çıxış edərək, iştirakçılara fərqli mədəniyyətləri yaxından tanımaq imkanı yaradıb. Əcnəbi tələbələrin öz ana dillərində səsləndirdikləri musiqili çıxışlar isə, tədbirə xüsusi rəng qatıb.